Hacı Məmmədov müalicə müəssisəsinə köçürüldü

Hacı Məmmədov müalicə müəssisəsinə köçürüldü

Məmmədovun səhhətində problem var.

Daxili İşlər Nazirliyinin (DİN) həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov Penitensiar xidmətin Binə qəsəbəsində yerləşən ixtisaslaşdırılmış müalicə müəssisəsinə köçürülüb.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya məlumat verən H. Məmmədovun vəkili Afət Qazıyeva bildirib ki, H. Məmmədov saxlanıldığı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq təcridxanasından Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə köçürülüb və hazırda həkim nəzarətindədir. 

Vəkil H. Məmmədovun səhhətində problem olduğunu deyib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məsələ ilə bağlı məlumat vermək səlahiyyətlərinin olmadıqlarını deyiblər.

Xatırladaq ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər.

H. Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb.

Məhkəmənin qərarına əsasən DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və daha 8 nəfər də ömürlük həbs cəzasına məhkum edilib.

0
9