Sumqayıtda köşkə hücum etdilər

Sumqayıtda köşkə hücum etdilər

Hadisəni törədən şəxs tutulub.

Sumqayıt şəhərində şəhər sakini Nəsib Məliklinin işlədiyi “Azərmətbuatyayım” ASC-yə məxsus köşkə gəlmiş naməlum şəxs onu bıçaqla hədələyib kassadan 850 manat pul aparıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə DİN-in rəsmi saytı məlumat yayıb.

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerlisi, əvvəllər məhkum olunmuş Ariz Əliyev tutulub.

0
15