Xalq artistinin iki qohumu şəhid oldu – FOTO

Xalq artistinin iki qohumu şəhid oldu – FOTO

“İndi biz yas mərasiminə gəlmişik”.

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruz qohumunun şəhid olması barədə yayılan xəbərlərə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, Xalq artisti Qafqazinfo-ya açıqlamasında iki qohumunun şəhid olduğunu söyləyib:

“Novruzov Fərahim Adışirin oğlu mənim qohumumdur. Onun atasının adını mətbuat Nadir olduğunu yazıb, bu səhvdir. Digər qohumum isə helikopter vurulan zaman həlak olub.

Onun adı Musazadə Təbriz Tariyel oğludur. Təbrizin soyadını səhv yazırlar. Sözügedən şəxs də bacımın yoldaşı tərəfdən qohumudur. İndi biz Biləsuvardayıq, Fərahimin yas mərasiminə gəlmişik”.

Allah rəhmət eləsin!

0
27