Türkiyə Jandarmasının komandanı Azərbaycana gəlir

Türkiyə Jandarmasının komandanı Azərbaycana gəlir

Mendi Azərbaycanın hərbi qurumlarında görüşlər keçirəcək.

Türkiyə Jandarmasının komandanı, ordu generalı Qalib Mendi Azərbaycana gələcək. 

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Report” hərbi mənbələrə istinadən məlumat verir.

Məlumata görə, jandarma komandanının səfəri mayın 3-də baş tutacaq.

Səfər zamanı Q.Mendi Azərbaycanın hərbi qurumlarında görüşlər keçirəcək və iki ölkə arasında hərbi sahədə əməkdaşlıq perspektivlərini müzakirə edəcək.

0
11