Velosiped yarışlarına görə bağlanacaq yollar açıqlandı – SİYAHI

Velosiped yarışlarına görə bağlanacaq yollar açıqlandı – SİYAHI

Yollardakı məhdudiyyət mayın 4-dən 8-nə kimi olacaq.

“TOUR d`AZERBAİJAN” beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar paytaxt Bakı da daxil olmaqla ölkənin bəzi rayonlarında bir sıra yollar bağlanacaq. 

Oxu.Az ANS PRESS-ə istinadən bağlanacaq yolların siyahısını təqdim edir:

May ayının 4-də saat 09.30-dan 14.30-dək - Dövlət Bayrağı Meydanından Dairəvi yol- Bakı-Sumqayıt şosesi-Masazır-Novxanı-Sumqayıt istiqamətində və Sumqayıt şəhərinin bir sıra mərkəzi küçələrində 

May ayının 5-də saat 09.30-dan 15.30-dək - Bakı şəhərindən Şamaxı-İsmayıllı istiqamətində 

May ayının 6-da saat 09.30-dan 15.00-dək - Qəbələ-Oğuz-Şəki istiqamətində və Şəki şəhərinin bir sıra mərkəzi küçələrində 

May ayının 7-də saat 09.30-dan 13.30-dək - Qəbələ-İsmayıllı-Şamaxı istiqamətində Pirqulu kəndinədək

May ayının 8-də səhər saat 09.00-dan 12.00-dək - Bakı şəhərində “Azadlıq meydanı-Neftçilər prospekti-Nobel prospekti-Zığ şosesi-Qala yolu-Buzovna-Bilgəh-Zağulba-Buzovna-Hava limanı şosesi” marşrutu üzrə 

Saat 09.00-dan 15.30-dək isə - Heydər Əliyev prospekti-Yusif Səfərov küçəsi-Üzeyir Hacıbəyli küçəsi-Puşkin küçəsi-Azadlıq meydanı-Nefçilər prospekti-İçəri şəhərdə Kiçik Qala küçəsi-Qoşa Qala Qapısı-İstiqlaliyyət küçəsi-Sona xanım Vəliyeva küçəsi-Lermontov küçəsi-Teymur Elçin küçəsi-Mehdi Hüseyn küçəsi-Parlament prospekti-H.Cavid prospekti-Landau küçəsi-İnşaatçılar prospekti-Bakıxanov küçəsi-Səməd Vurğun küçəsi-Şəmsi Bədəlbəyli küçəsi-Bülbül prospekti-Üzeyir Hacıbəyli küçəsi-Puşkin küçəsi-Azadlıq meydanı” marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

Göstərilən vaxtda həmin istiqamətlərə alternativ yollardan istifadə olunmasını xahiş olunur.

0
24