Hindistanda elektrik məftili yük maşınının üstünə düşdü: 7 ölü, 15 yaralı

Hindistanda elektrik məftili yük maşınının üstünə düşdü: 7 ölü, 15 yaralı

Hindistanın Telanqan ştatının Medak dairəsində elektrik məftilinin yük avtomobilinin üstünə düşməsi nəticəsində azı 7 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Lent.az-ın "Report"-a istinadən məlumatına görə, insident 20 nəfərdən çox sərnişin yük avtomobilində Nizamabad şəhərindən toydan qayıdarkən baş verib.

Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Yaralıların 3-nün vəziyyəti ağırdır.

0
19