“Qarabağ” 4 qat Azərbaycan çempionu oldu

“Qarabağ” 4 qat Azərbaycan çempionu oldu

Qolları 28-ci dəqiqədə Dani Kintana, 74-cü dəqiqədə isə Reynaldo vurub.

Azərbaycan Premyer Liqasının qalibi sona 4 tur qalmış müəyyənləşib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu, Ağdamın “Qarabağ” klubudur.

Baş məşqçi Qurban Qurbanovun komandası XXXII turda səfərdə ən yaxın izləyicisi “Zirə”ni 2:0 hesabı ilə məğlub edərək, xallarını 75-ə yüksəldib.

Qolları 28-ci dəqiqədə Dani Kintana, 74-cü dəqiqədə isə Reynaldo vurub.

Bu nəticədən sonra 60 xalla 2-ci pillədə qalan “Zirə” üçün qalan 4 turda 15 xallıq fərqi azaltmaq əlçatmaz olub.

Beləliklə, “Qarabağ” ardıcıl 3-cü mövsüm, tarixində isə 4-cü dəfə Azərbaycan çempionu adına layiq görülüb.

Ağdam təmsilçisi bu uğuru sayəsində 2016-2017 mövsümündə Azərbaycanı Çempionlar Liqasında təmsil etmək hüququna yiyələnib.

0
20