Ronaldu “Avro-2016”nı buraxa bilər

Ronaldu “Avro-2016”nı buraxa bilər

Futbolçu ağır zədə alıb.

Madridin “Real” klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu “Avro-2016”nı buraxa bilər.

Oxu.Az xəbər verir ki, bu barədə Portuqaliya komandasının həkimi Nunu Kumpuş bildirib

O qeyd edib ki, futbolçunun hazırki zədəsinin sağalması üçün 18-21 gün vaxt lazımdır. 

“Lakin əgər Kriştianu Çempionlar Liqasının yarımfinal mərhələsinin “Mançester Siti”yə qarşı cavab oyununda iştirak etsə zədəsini ağırlaşdıra bilər. Bu zaman o, “Avro-2016”nı buraxmalı olacaq”, - Kampuş deyib.

Xatırladaq ki, Ronaldu aprelin 20-də İspaniya Çempionatında “Vilyarreal”a qarşı matçda zədələnib (3:0). 

Qeyd edək ki, “Mançester Siti” ilə cavab qarşılaşması mayın 4-də keçiriləcək.

Ronaldu bu mövsüm 44 oyunda 47 qol vurub. 

0
16