Somalidə hərbi bazaya hücum zamanı 15 əsgər öldürülüb

Somalidə hərbi bazaya hücum zamanı 15 əsgər öldürülüb

“Terrorçular partlayıcı maddə ilə yüklənmiş avtomobildən istifadə ediblər”.

“Əş-Şəbab” qruplaşmasının yaraqlıları Somalinin Runirqud şəhərində hərbi bazaya hücum ediblər və 15 hərbi qulluçunu öldürüblər.

Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, bu barədə ordu nümayəndəsi Abdullahi Omar bildirib.

“Terrorçular hərbi bazanın ərazisinə daxil olmaq üçün partlayıcı maddə ilə yüklənmiş avtomobildən istifadə ediblər. Partlayış baş verdi, sonra isə döyüşlər başladı. Ən azı 15 əsgər həlak olub”, - Omar deyib.

0
16