“Bakı Marafonu 2016”nın qadınlar arasında qalibi məlum olub

“Bakı Marafonu 2016”nın qadınlar arasında qalibi məlum olub

 Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2016”nın qadınlar arasında qalibi məlum olub.

APA-nın məlumatına görə, marafonda qadınlar arasında finiş xəttinə ilk olaraq Rahidə Aslanova çatıb.

Qeyd edək ki, marafonda kişilər arasında birinci yerə Namiq Əsədov, ikinci yerə Gürcüstan vətəndaşı Georqi Dameniya, üçüncü yerə isə Tural Sadıxlı çıxıblar.

0
17