Dünyada ən kiçik termometr yaradılıb

Dünyada ən kiçik termometr yaradılıb

Dünyada DNT molekulu əsasında ən kiçik termometr yaradılıb

Monreal Universitetinin alimləri DNT (dezoksiribonuklein turşusu) əsasında dünyada ən kiçik termometr yaradıblar. Lent.az xəbər verir ki, bu qurğu canlı hüceyrələrin daxilində temperaturu ölçməyə imkan verir.

Kiçikölçülü molekulyar sensorlar ribonuklein turşusuna əsaslanır.

DNT molekulunda 4 növ azotlu əsas mövcuddur: adenin, timin, quanin və sitozin. Alimlər komandası bu əsasları müəyyən üsulla yerləşdirməklə müəyyən temperaturda zəncirin yığılıb açılmasına nail olublar. Nanotermometr sayəsində alimlər insan bədəninin daxilində nə baş verdiyini daha dəqiq öyrənəcəklər.

DNT molekulu əsasında yaradılmış termometrin ölçüsü 5 nanometr, temperaturun müəyyənləşdirilməsi dəqiqliyi 0.05 Selsi dərəcə, ölçmə diapazonu 25-90 Selsi dərəcəyə bərabərdir.

Məlumdur ki, insan orqanizmi normal vəziyyətdə 36.6 Selsi dərəcə səviyyəsində temperaturu dəstəkləyir, amma mütəxəssislər hər bir hüceyrənin daxilində nə baş verdiyini dəqiq bilmirlər. Yeni termometr məhz hüceyrələrin daxilində temperatur dəyişikliyini yüksək dəqiqliklə izləməyə imkan verəcək.

0
10