Şenol Günəş: "Qarabağ"la oynamaqdan şərəf duyarıq"

Şenol Günəş: "Qarabağ"la oynamaqdan şərəf duyarıq"

Lent.az qol.az-a istinadən xəbər verir ki, Türkiyə millisinin sabiq çalışdırıcısı komandasının “Qarabağ”la yoldaşlıq oyunu keçirməsinin mümkünlüyü haqda suala cavab verərkən Ağdam klubunun oyunlarını izlədiyini bildirib:

“Qarabağ”la yoldaşlıq oyunu keçirməkdən şərəf duyarıq. Azərbaycanla eyni duyğuları paylaşırıq. Ölkə olaraq, millət olaraq birlikdəyik. “Qarabağ”ın oyunlarını izləmişəm. Braziliyalı hücumçu Reynaldonun oyununa yaxşı bələdəm. Ötən il “Bursaspor”da çalışdığım zaman oyunu yaxından izləyirdim. Hətta Reynaldonu transfer etmək istəyirdik. “Qarabağ” avrokuboklarda yaxşı nəticələr qazanıb. Məncə, bu komanda ilə Bakıda, ya da Türkiyədə qarşılaşmaq çox gözəl olardı”.

0
16