Elşad Abbasov “Embawood”un Müşahidə Şurasının sədri təyin edildi

Elşad Abbasov “Embawood”un Müşahidə Şurasının sədri təyin edildi

Şirkətdə yeni idarəetmə orqanı yaradılıb.

“Embawood” şirkətində idarəetmənin təkmilləşdirilməsi məqsədilə şirkətin təsisçilərinin Ümumi yığıncağında yeni idarəetmə orqanı olan Müşahidə Şurasının yaradılması qərara alınıb. 

Oxu.Az xəbər verir ki, yeni yaradılmış orqanın sədr vəzifəsinə şirkətin baş direktoru Elşad Abbasov təyin edilib. 

Qeyd edilən dəyişikliklə əlaqədar “Embawood”da baş direktoru vəzifəsinə şirkətdə uzun müddət maliyyə işləri üzrə direktor müavini vəzifəsində çalışan Tamerlan Kurkiyev təyin olunub.

0
14