"Qəbələ" Azərbaycan çempionu oldu

"Qəbələ" Azərbaycan çempionu oldu

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XXXII turun daha 3 oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, bu görüşlərdən sonra çempionun adına aydınlıq gəlib.

Belə ki, “Qəbələ” - “Neftçi” matçından sonra birinci yeri sahibi rəsmiləşdirib. 3:0 hesabı ilə qalib gələn Ramin Quliyevin yetirmələri xal hesabını 72-yə çatdırıblar. Bununla da ən yaxın izləyicisindən 13 xal uzaqlaşan komanda çempionatın sonuna 4 tur qalmış 1-ci yeri təmin edib.


Bu qələbəylə Quliyevin yetirmələri seriyalarını da davam etdiriblər. 15 oyundu uduzmayan komanda ardıcıl 6-cı qələbəsini qazanıb. Son 4 turda qol buraxmayan “Qəbələ” ardıcıl 3-cü dəfə 3 xalı böyük hesabla əldə edib.

“Qəbələ”nin çempionluğunda isə “Sumqayıt”ın xal itirməsi rol oynayıb. Onlar “İnter”lə heç-heçə etdiklərindən birinci yer üçün nəzəri şanslarını da itiriblər. “Qarabağ” isə “Zirə” ilə “sülh” bağladığından, ikinci pillə ilə xal fərqini qoruyub.



Fərahim Budaqov, 12; Mənsur Nəhavəndi, 40 - Nurlan Əhmədov, 18; Pərdis-Fərcad Azad, 53

Sahil Mirzəyev, 11; Ramil Hasanov, 13; Ülvi İsgəndərov, 75

Vüsal İsgəndərli, 48 (p.) - Əl Hərbi Əl Jadeyui, 31

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qəbələ

32

23

3

6

82-29

72

2

Sumqayıt

32

17

8

7

61-35

59

3

Qarabağ

32

16

9

7

50-29

57

4

Kəpəz

31

13

10

8

47-40

49

5

Neftçi

32

14

6

12

59-43

48

6

Zirə

32

13

6

13

46-49

45

7

İnter

32

10

5

17

53-64

35

8

Rəvan

31

10

2

19

39-62

32

9

AZAL

32

8

6

18

40-67

30

10

Xəzər Lənkəran

32

6

3

23

32-91

21

0
22