Zaqatalada polis bölməsində partlayış: Kapitan yaralandı

Zaqatalada polis bölməsində partlayış: Kapitan yaralandı Hadisə yerində əməliyyat tədbirləri aparılır.

Zaqatalada polis sahə müvəkkilinin iş otağında partlayış baş verib, polis kapitanı qəlpə yaraları alıb.

Oxu.Az xəbər verir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün səhər saat 08 radələrində rayonun Bəhmətli kənd sakini, 1971-ci il təvəllüdlü Rövşən Sadəddin oğlu Baliyev bədəninin çoxsaylı qəlpə yaraları xəsarətləri ilə xəstəxanaya daxil olub.
 
Hazırda Rövşən Baliyev xəstəxanada həkim müayinəsindən keçir. 

İlkin məlumata görə, Əliabad qəsəbəsində sahə müvəkkili işləyən polis kapitanı Rövşən Baliyev iş otağının qapısını açıb içəri daxil olmaq istəyən zaman anidən partlayış baş verib. Nəticədə sahə müvəkkili çox saylı qəlpə yaraları alıb.

Hazırda rayonun hüquq-mühafizə orqan əməkdaşları hadisə yerində əməliyyat tədbirləri apararaq hadisənin baş vermə səbəblərini araşdırırlar. 

0
47