Məscidin tavanı dindarların üstünə düşdü: azı 15 ölü

Məscidin tavanı dindarların üstünə düşdü: azı 15 ölü

Somalinin paytaxtı Moqadişo şəhərində restavrasiya olunan məscidin tavanı namaz qılan dindarların üzərinə düşüb. APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində azı 15 nəfər ölüb.

Ölənlərin sayının artacağı istisna olunmur.

Hadisə ilə əlaqədar təmir işlərini həyata keçirən şəxslərindən biri səhlənkarlıqda ittiham edilərək  həbs olunub.

0
25