Tiflis sakini minaya düşdü

Tiflis sakini minaya düşdü

Tiflisin Zaqes rayonunda kişi minaya düşüb. APA-nın “Georgia Online”-a istinadən verdiyi xəbərə görə, hadisə iki gün əvvəl qeydə alınıb. İnsident şəhər sakininin keçmiş hərbi hissənin ərazisindəki  torpaq sahəsində çalışarkən baş verib.  

Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

İnsidentlə əlaqədar cinayət işi başlanıb, istintaq davam etdirilir.

0
20