Kiyev polisi şəhəri velosipedlə patrul edəcək

Kiyev polisi şəhəri velosipedlə patrul edəcək

Kiyev polisinin rəhbərliyi velosiped patrulu bölmələrinə əməkdaşların qəbulunu elan edib.   APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Kiyevin patrul polisi idarəsinin rəisi Yuri Zozulya bildirib.

“Bu layihə bir neçə aydır ki hazırlanır. Hazırda öz kollektivimizin arasında layihənin icrasını  müzakirə edirik. Seçim hələlik könüllü şəkildə keçirilir”, - deyə o İctimai Televiziyanın efirində deyib.   

Zozulyanın sözlərinə görə, velosipedçi polis əməkdaşları, ilk növbədə, paytaxtın parklarını patrul edəcəklər.

“Park zonalarını patrul edəcəyik, bu işi velosipedlə həyata keçirmək daha rahatdır. Kiyevdə çoxlu sayda parkda var, onların hamısını avtomobillə patrul etmək istəməzdik”, - deyə Kiyevin patrul polisi idarəsinin rəisi bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Kiyevin meri Vitali Kliçko avtomobildən imtina edərək velosipedə keçdiyini elan edib.  

0
22