Ermənistanda korrupsiya artıq sistemli problemə çevrilib

Ermənistanda korrupsiya artıq sistemli problemə çevrilib

Ermınistanda korrupsiya riskləri kifayət qədər yüksəkdir, bunu həm bir sıra erməni ictimai təşkilatı, həm də bir çox beynəlxalq qurumun hazırladıqları hesabatlar təsdiqləyir.

APA-nın  “1in.am”-a istinadən verdiyi xəbərə görə, Ermənistanın "Transparency International" İctimai Birliyinin icraçı direktoru Varujan Oktanyan qeyd edib ki, 2013-2011-ci illər ərzində Ermənistanın korrupsiya indeksi 0-10 şkalası üzrə 3 ətrafında  dəyişib və bu çox ciddi mənfi göstəricidir. 2012-ci ildən başlayaraq korrupsiya indeksi 100 ballıq şlaka ilə qiymətləndirilməyə  başlayıb. Ermənistanın 2012-ci il üzrə korrupsiya indeksi 35 təşkil edib. Bu onu təsdiqləyir ki,  Ermənistanda korrupsiya artıq sistemli problemə çevrilib.

Oktanyanın sözlərinə görə, Ermənistanda  korrupsiya ilə mübarizə effekt vermir, çünki bunun üçün siyasi iradə yoxdur.

0
11