Keniya hökuməti 100 ton fil sümüyü yandırdı

Keniya hökuməti 100  ton fil sümüyü yandırdı Keniya hökuməti 105 ton fil sümüyü və bir tondan çox kərgədan buynuzunu qara bazarda müsadirə edərək, yandırılmağına qərar verib.     Musavat.com xəbər verir ki, bu barədə məlumat “France Press” agentliyində yer alıb.     Bu tədbir qiymətli fil dişi və buynuzların qanunsuz  ticarətinə qarşı yönəldilib. Heyvanların müdafiəçiləri bu yolla fillərin və kərgədanların qanunsuz yolla ovlanmasına diqqəti yönəltməyə çalışırlar.     Yandırılan fil sümüklərinin qiyməti 100 milyon dollardan, buynuzların qiyməti isə 80 milyon dollardan yuxarıdır. Hər il Afrikada fil sümüyünə görə 30 mindən çox heyvan öldürülür. Qitədə bütünlüklə 450-500 min fil yaşayır. 
0
21