Tikintidə partlayış: 4 ölü, 7 yaralı

Tikintidə partlayış: 4 ölü, 7 yaralı

Rusiyanın Nijeqorod vilayətinin Borski rayonunda tikintidə ilkin versiyaya görə qaz balonunun partlaması nəticəsində 4 nəfər ölüb, 7 nəfər yaralanıb.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  insidentin kompressorun partlaması nəticəsində baş verdiyi ehtimal edilir.

İnsident yaşayış binası ucaldılan tikinti meydançasında baş verib.

Hadisə yerində istintaq tədbirləri həyata keçirilir.

0
10