İraqda ara qarışır

İraqda ara qarışır

 İraq təhlükəsizlik qüvvələri Bağdadda “yaşıl zonaya” daxil olaraq parlamentə daxil olmağa çalışan şiə lideri Müqtəda əs-Sədrin tərəfdarlarına qarşı havaya xəbərdarlıq atəşi açıb və gözyaşardıcı qazdan istifadə edib

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Bağdad polisinin xüsusi təyinatlı dəstəsi və prezident qvardiyasının bölmələri etirazçılara ABŞ səfirliyinə doğru irəliləməyə imkan verməyiblər.  

İnsident zamanı xəsarət alanların sayı barədə məlumat verilmir. Hazırda Bağdadda vəziyyət nəzarət altındadır. Müqtəda əs-Sədrin tərəfdarları artıq Bağdadda hökumət kompleksinin yerləşdiyi “yaşıl zona”nı tərk ediblər.

Qeyd edək ki, ötən gün Bağdadda şiə lideri Müqtəda əs-Sədrin tərəfdarları  parlamentin binasına hücum etdikdən sonra İraqın paytaxtında fövqəladə vəziyyət elan olunub, şəhərə aparan bütün yollar bağlanıb, giriş-çıxışlarda postlar gücləndirilib.  İnsident zamanı bir neçə deputatın xəsarət aldığı bildirilirdi.

Etirazlara səbəb parlamentdə Nazirlər Şurasının yeni tərkibi ilə bağlı növbəti səsvermənin pozulması olub.

0
17