İŞİD-in “xəzinədar”ı öldürüldü

İŞİD-in “xəzinədar”ı öldürüldü

Əfqanıstanın Nanqarxar əyalətində İŞİD terror qruplaşmasının maliyyə və silah təchizatı məsələlərinə nəzarət edən şəxs məhv edilib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə  Əfqanıstanın Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, Rafi əd-Din adlı terrorçu Açin rayonu ərazisində Əfqanıstan Hərbi-Hava Qüvvələrinin zərbəsi nəticəsində məhv edilib.  Onunla birlikdə daha 10 terrorçunun öldürüldüyü bildirilir.

0
32