Azərbaycanda Amerika Günləri festivalı keçiriləcək

Azərbaycanda Amerika Günləri festivalı keçiriləcək Tədbirin məqsədi ölkələr arasındakı qarşılıqlı anlaşmanı genişləndirməkdir.

Azərbaycanda Amerika Günləri festivalı keçiriləcək. 

Bu barədə Oxu.Az ABŞ-ın  Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.  

Məllumata əsasən, 14 – 21 may tarixlərində keçiriləcək Amerika Günlərinin məqsədi Amerika mədəniyyətinin müxtəlifliyini Azərbaycan vətəndaşlarına nümayiş etdirmək və ölkələr arasındakı qarşılıqlı anlaşmanı genişləndirməkdir.

Festival çərçivəsində canlı musiqi ifaları, Amerika mətbəxi nümunələrinin nümayişi, incəsənət sərgiləri, qrup rəqsləri, film nümayişləri, uşaqlar üçün proqramlar və digər maraqlı tədbirlər nəzərdə tutulub. Bütün tədbirlərin ictimaiyyət üçün açıq və girişin pulsuz olacağı bildirilir (bəzi istisnalar olmaqla).  

0
17