Keniyada bina uçdu: 17 ölü

Keniyada bina uçdu: 17 ölü

Keniyanın paytaxtı Nayrobi şəhərində 6 mərtəbəli bina uçub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, uçqun altından 121 nəfəri xilas etmək mümkün olub.  

Ölən və xəsarət alanların sayının artacağı istisna olunmur. Məlumata görə, xilasedicilər hələ də uçqun altında qalan bir neçə şəxsin səsini eşidirlər.   

Hadisə yerindən 150 ailə təxliyə olunaraq müvəqqəti düşərgədə yerləşdirilib.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib, hadisə yerində xilasetmə işləri davam etdirilir.

0
22