“Samanyolu” telekanalı bağlanır

“Samanyolu” telekanalı bağlanır Kanal Fətullah Gülən camaatına yaxınlığı ilə seçilib.

Türkiyədə məşhur telekanallarından biri bağlanır.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin “Vatan” qəzeti məlumat yayıb.

Məlumata əsasən, “Samanyolu” telekanalı “Türksat” peykindən çıxarılandan sonra yerüstü antenalar vasitəsi ilə yayımlanıb. Telekanal bu gün yerüstü yayımı da dayandırmağa qərar verib. “Samanyolu” telekanalı bu gecədən yayımını dayandıracağını Türkiyə Radio və Televiziya Ali Şurasına (RTÜK) da bildirib.

Qeyd edək ki, “Samanyolu” telekanalı Türkiyədə Fətullah Gülən camaatına yaxınlığı ilə seçilib. 

0
23