Latviyada azərbaycanlı və erməni boksçularının yarışı keçiriləcək

Latviyada azərbaycanlı və erməni boksçularının yarışı keçiriləcək Rinqə Denni Vilyams da çıxacaq.

Latviyanın paytaxtı Riqada mayın 7-də əsasını  gənc azərbaycanlı məşqçisi Vəli Məmmədovun qoyduğu FLASH PROMOTION təşkilatının All for the Victory debüt turniri baş tutacaq.

Oxu.Az Report-a istinadən xəbər verir ki, FLASH PROMOTION müxtəlif ölkələrdən olan istedadlı idmançıların turnirlər seriyasını planlaşdırır.

Tamaşaçıları FLASH TEAM komandasının nümayəndəsi Petros Ananyanın Latviyanı təmsil edən Zaur Sadıxovla, həmçinin Olimpiya oyunlarının Azərbaycandan olan iştirakçısı Soltan Miqitinovla gənclər arasında dünya çempionu Lendruş Akopyanla döyüşü gözlənilir.

Bu boks gecəsinin əsas intriqası ingilis boksçusu Denni Vilyamsın rinqə çıxmağı olacaq. O, 2004-cü ildə iyulun 1-də Mayk Taysonu nokauta yollamışdı.

0
18