Bakıda bəzi marşrutların son dayanacağı dəyişib

Bakıda bəzi marşrutların son dayanacağı dəyişib

Son dayanacağı “Qara Qarayev” metro stansiyasının önündə olan bəzi marşrutların dayanacaqları dəyişib.

Lent.az-ın məlumatına görə, bu haqda Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin marşrutlar 160, 170, 172 və 189 nömrəli marşrutlardır.

Marşrutların dayanacaqlarının dəyişməsinə səbəb “Qara Qarayev” metro stansiyasının önündə yaranan nəqliyyatın sıxlığı olub. Qeyd edək ki, həmin marşrutların avtobusları “Koroğlu” metro stansiyasının yaxınlığında yerləşən Nəqliyyatı Mübadilə Mərkəzində dayanacaq.

0
23