Ali təhsil müəssisələrinə sənəd qəbulu başa çatıb

Ali təhsil müəssisələrinə sənəd qəbulu başa çatıb TQDK məlumat yaydı.

2016/2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatıb.

TQDK-dan Oxu.Az-a verilən məlumata görə, ərizələrin qəbulu aprelin 1-dən 28-dək internet vasitəsilə aparılıb.

Aşağıdakı cədvəldə bölmə və ixtisas qrupları üzrə elektron ərizələrin sayı haqqında məlumat təqdim olunur:

Bölmə

I qrup

II qrup

III qrup

IV qrup

Cəmi

Azərbaycan

30351

20703

19180

5272

75506

Rus

2871

2392

1472

493

7228

Cəmi

33222

23095

20652

5765

82734


I-IV qruplar üzrə sənəd verən abituriyentlər növbəti mərhələdə qəbul imtahanlarında iştirak edəcəklər. Qəbul imtahanları aşağıdakı tarixlərdə keçiriləcək:

1. Cari ilin məzunları: I və IV qruplar - 15 iyul, II və III qruplar - 23 iyul

2. Əvvəlki illərin məzunları: II və III qruplar - 15 may, I və IV qruplar - 22 may

Abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün imtahana 3 gün qalmışTQDK-nın rəsmi internet saytına daxil olaraq elektron ərizə verərkən istifadə etdikləri iş nömrəsi və şifrdən istifadə etməklə “Abituriyentin imtahana buraxılış vərəqi”ni çap etməlidirlər. Buraxılış vərəqəsində abituriyentin imtahan verəcəyi ünvan, imtahanın tarixi, vaxtı və digər məlumatlar qeyd olunur.

0
31