İstanbulda avtosalona əl qumbarası atdılar: Ölən və yaralananlar var

İstanbulda avtosalona əl qumbarası atdılar: Ölən və yaralananlar var Polis hadisə yerini mühasirəyə alıb.

İstanbulun Florya rayonunda əl bombasının partlaması nəticəsində bir nəfər ölüb, çoxlu sayda insan yaralanıb. 

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, “Cihan Pars” avtomobil qalereyasında bir qrup insan arasında mübahisə baş verib. Mübahisə sonradan davaya çevrilib.

Dava zamanı tərəflərdən biri salona əl qumbarası atıb, sonra isə silahdan atəş açıb. Nəticədə bir nəfər həyatını itirib, xeyli sayda insan yaralanıb.

Polsi hadisə yerini mühasirəyə alıb. Araşırma aparılır.

0
15