Ərdoğandan kəskin

Ərdoğandan kəskin

Türkiyə prezidenti Rəcab Təyyub Ərdoğan hazırda "İlim Yayma Cemiyeti"nin il dönümü tədbirində çıxış edir. Türkiyənin əksər mətbuatı bu tədbirdən canlı yayım verir.

Ərdoğan bir çox məsələlərə münasibət bildirib. Bunlardan biri də ABŞ-ın Türkiyəyə olan münasibətidir. Prezident ABŞ-ın PKK-ilə əlaqəsi olan Suraiyadakı kürd  terror təşkilatlara münasibəti sərt tənqid edib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ərdoğan ABŞ-ın YPG və PYD kimi tanınan kürd terror təşkilatları ilə bağlı açıqlamalarına sərt münasibət göstərib: “Biz PYD,YPG-yə terror təşkilatı deyirik. ABŞ müdafiə naziri çıxışında ayrı şey danışır, sözcüləri ayrı şey söyləyir. Elədisə bu millət neyləsin?”.

Ərdoğan  bundan başqa ölkə daxilindəki “fətullahçılar”la mübarizə ilə bağlı mesajlar verib: “Paralel dövlətin içində qalmaq istəyənlər və tərəddüd edənlər gələcəkdə bizdən inciməsinlər. Başlarına gələcək olanlardan biz cavabdeh deyilik. Terrorçuların içində qalmaq o demekdir ki, sən də terrorçusan. Biz hər zaman onların üzərinə gedəcəyik”.

0
33