Xəzərdə batan gəncin cəsədi tapıldı - YENİLƏNİB

Xəzərdə batan gəncin cəsədi tapıldı - YENİLƏNİB Balıqçının qayığı çevrilib.

Balıq tutmaq məqsədilə qayıqla Xəzər dənizinə çıxan şəxsin cəsədi tapılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda dənizə rezin qayıqla balıq tutmaq məqsədilə çıxaraq  batan 1984-cü il təvəllüdlü Nəzərov Namiq Hidayət oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. N.Nəzərovun meyti ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralı, nəzarətsiz ərazidə tapılıb.

10:54

Bakı şəhəri, Suraxanı rayonunda rezin qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 1 nəfər (ən yaxınlıqdakı xilasetmə postundan 700 m aralı, nəzarətsiz ərazidə) qayığın çevrilməsi nəticəsində batıb.

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dərhal FHN-nin dalğıc-xilasediciləri həmin əraziyə cəlb olunub.

Axtarış-xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

0
28