Bakıda 4-cü mərtəbədən yıxılan 16 yaşlı qız sağ qaldı

Bakıda 4-cü mərtəbədən yıxılan 16 yaşlı qız sağ qaldı Elnurə xəstəxanaya yerləşdirilib.

Bakıda 4-cü mərtəbədən yıxılan şəxs sağ qalıb.

Oxu.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 29-da Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayan 16 yaşlı Elnurə Rəsulova ehtiyatsızlıqdan evlərinin eyvanından (4-cü mərtəbə) yıxılıb və xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

0
30