Bakıda avtomobildən 26 min manat oğurlanıb

Bakıda avtomobildən 26 min manat oğurlanıb Cinayətkarlar saxlanılıb.

Bakıda avtomobildən külli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi və Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də Allahverdi Zamanova məxsus “Fiat” markalı avtomobildən 26 min 116 manat pul oğurlayan Bərdə rayon sakini Nail Qaraşov və Bakı şəhər sakini Musa Abasəliyev tutulublar.

0
16