Bakıda mağaza sahibi borca görə intihar etdi

Bakıda mağaza sahibi borca görə intihar etdi İstintaq aparılır.

Bakıda intihar hadisəsi baş verib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1965-ci il təvəllüdlü Xalıqov Əmirhüseyn Balahüseyn oğlu tikintisi hələ başa çatmamış evində özünü asaraq intihar edib.

Məlumata görə, Ə. Xalıqov Maştağada fəaliyyət göstərən yem mağazasının sahibi olub. Onun xeyli miqdarda borcunun olduğu və bu səbəbdən də intihar etdiyi bildirilir.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

0
21