Sabah paytaxtın mərkəzi küçə və prospektləri bağlı olacaq

Sabah paytaxtın mərkəzi küçə və prospektləri bağlı olacaq “Bakı Marafonu 2016” ilə əlaqədar.

Sabah “Bakı Marafonu 2016” ilə əlaqədar Marafonunun keçəcəyi küçə və prospektlər üzrə kəsişən bütün yollardan avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Oxu.Az xəbər verir ki, bunu APA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib. 

O bildirib ki, “Bakı Marafonu 2016” iştirakçılarının yürüş boyu təhlükəsizliyinin təmin edilməsi ilə bağlı hərəkət tənzimlənməsi nəzərdə tutulub. 

V. Əsədov qeyd edib ki, “Bakı Marafonu 2016”-nın keçəcəyi küçə və prospektlər üzrə kəsişən bütün yollardan avtomobillərin hərəkət istiqaməti qısa müddətə dəyişdiriləcək: “Marafon iştirakçılarından sonuncusu həmin ərazini keçdikdən sonra hərəkət tənzimlənəcək”.
 
Qeyd edək ki, mayın 1-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2016” keçiriləcək. Tədbirin əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir. Dövlət Bayrağı Meydanından start götürəcək marafon 21 kilometr olacaq və Bakı Olimpiya Stadionunda başa çatacaq.

0
24