Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 10% azalıb

Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 10% azalıb Ölkənin Milli Statistika Xidməti hesabat yayıb.

Cari illin birinci rübündə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 10,4% azalıb. 

Oxu.Az a1plus.am-a  istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Xidməti hesabat yayıb. 

Ermənistanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsində 3,2% azalma müşahidə olunub. Nəticədə,  Ermənistanın xarici ticarətinin ümumi strukturunda Rusiyanın payı 24,7%-dək azalıb, Aİ-nın payı isə artaraq hazırda 25,1% təşkil edir.

Hesabata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə birinci rübdə Rusiyadan Ermənistana idxalın həcmi 2,2 dəfə artaraq 67,7 mln. ABŞ dolları təşkil edib. 

0
9