Azərbaycanda şimşək çaxacaq, leysan yağacaq

Azərbaycanda şimşək çaxacaq, leysan yağacaq Şimal-şərq küləyi əsəcək.

May ayının ilk günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a  verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 15-20, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 17-21, dağlarda gecə 2-6, gündüz 6-11 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza görə, aprelin 30-dan mayın 2-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

0
18