Aktyor onu Kenan İmirzalıoğluya bənzədən jurnalisti qovdu

Aktyor onu Kenan İmirzalıoğluya bənzədən jurnalisti qovdu “Bu, indi soruşulacaq sualdırmı?”.

Ötən gün “Sevda kuşun kanadında” serialının təqdimat mərasimində jurnalistin baş rolun ifaçısı Murat Ünalmışa ünvanladığı sual aktyoru möhkəm əsəbiləşdirib.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, o, “Kenan İmirzalıoğluna çox bənzəyirsiniz. Əvvəllər bunu sizə söyləyən olubmu?” sualına sərt reaksiya göstərib. 

“Bu, indi soruşulacaq sualdırmı? Kim-kimə bənzəyir!” deyərək qışqıran aktyor müxbiri mətbuat konfransından qovub.

Aytən Sadıqzadə

0
12