Türkiyədə müxalifət KİV-nin 400-dən artıq əməkdaşı işdən qovulub

Türkiyədə müxalifət KİV-nin 400-dən artıq əməkdaşı işdən qovulub “Jurnalistlərə kompensasiya ödənilməyəcək”.

Türkiyədə müxalifət KİV-nin 400-dən artıq əməkdaşı işsiz qalıb. 

Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti”-yə Zaman qəzetinin keçmiş əməkdaşı məlumat verib.

Jurnalistin sözlərinə görə, onun həmkarlarını kompensasiya ödənişlərini nəzərdə tutmayan  maddə ilə işdən çıxardıblar. 

“Zaman qəzetinin Ankaradakı ofisi bu gün bağlanılıb, bütün əməkdaşları isə işdən çıxardılıb. Zaman və Cihandan xaricdə çalışan əməkdaşları ilə birlikdə, ümumilikdə, 400-dən artıq insan işdən çıxardılıb. Məni və həmkarlarımı heç bir kompensasiya ödənişlərini nəzərdə tutmayan “vəzifəsindən sui istifadə” və “təşkilatın imicinə zərər vurma”  maddəsi ilə işdən qovublar”, - deyə jurnalist bildirib.

Cihanın da əməkdaşı bu təşkilatın da əksər əməkdaşlarının işdən çıxarıldığını təsdiqləyib.

0
20