Oqtay Şirəliyev həkimləri cəbhəyə göndərdi

Oqtay Şirəliyev həkimləri cəbhəyə göndərdi

“Mərkəzi Qan bankında yetəri qədər qan var”.

Səhiyyə nazirinin göstərişi ilə Bakıdan səyyar briqadalar cəbhəyanı ərazilərdə əsgərlərə və yaralılara yardım göstərmək məqsədilə yola salınıb.

Oxu.Az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib. 

O qeyd edib ki, səyyar briqadalar lazımi avadanlıq, dərman və qanla tam təmin olunub.

Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva da bildirib ki, aprelin 2-i səhər saat 6-dan bu günə qədər cəbhə bölgələrinə lazımi qədər qan ehtiyatı göndərilib.

“Bu günə qədər lazımi qədər qan ehtiyatı cəbhə bölgələrinə göndərilib. Bu gün də ehtiyat olaraq  qan tədarükü göndərilib ki, birdən yaralılara lazım olar. Bir saat öncə əlaqə saxlamışıq, hələlik qana ehtiyac olmadığı bildirilib. Mərkəzi Qan bankında yetəri qədər qan var. insanlarımız da səhər saatlarındna qan verməyə gəliblər. Amma biz qana ehtiyac olduğu təqdirdə çağırış edəcəyik”.  

0
20