Norveçdə helikopter qəzası: 11 ölü

Norveçdə helikopter qəzası: 11 ölü Helikopterdə olan sərnişinlərin dəqiq sayı məlum deyil.

Aprelin 29-da Norveçin Bergen şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb.

Oxu.Az xəbər verir ki, Stavanger Aftenblad qəzetinin məlumatına görə, xilasedicilər 11 nəfərin cəsədini tapıblar.

Helikopterdə olan sərnişinlərin dəqiq sayı məlum deyil. Bəzi məlumatlara görə, 13 nəfər olub. Onların arasında Britaniya, İtaliya və Norveç vətəndaşlarının olduğu bildirilir.

Cəsədlər həm suda, həm də quruda aparılan axtarışlar nəticəsində tapılıb. Axtarışlar davam etdirilir.

0
17