Rusiya Tacikistanı viza rejimi ilə hədələdi

Rusiya Tacikistanı viza rejimi ilə hədələdi “Hesab edirəm ki, bundan sonra, orada hamı İvanov və Petrov olacaqir”.

Rusiyanın Dövlət Dumasında Tacikistanda soyadlardakı slavyan sonluqlardan imtina edilməsi haqda təşəbbüsə cavab olaraq ölkə ilə viza rejimini tətbiq etmək təklif olunur.

Oxu.Az xəbər verir ki, bu barədə “Danışır Moskva” radio stansiyasına Dövlət Dumasının MBD üzrə komitəsinin üzvü İlya Drozdov deyib.

Onun sözlərinə görə, Tacikistan bütövlüklə Rusiyadan asılıdır. İlk növbədə bu miqrantların evlərinə göndərdiklərш maliyyə axınına aiddir.

“Mən hesab edirəm ki, bu bizim, Rusiyanın siyasətinin zəifliyidir, bu bizim həmyerlilərimizi müdafiə etməməyimizdən xəbər verir”, - Drozdov qeyd edib.

O, əlavə edib ki, bu sahədə ölkədə düşünülmüş siyasət yoxdur.

Drozdovun sözlərinə görə, bir zəng bəs edər ki, sabah Tacikistanla sərhədləri bağlayıb viza rejimi tətbiq edilsin. 

“Hesab edirəm ki, bundan sonra, orada hamı İvanov və Petrov oalcaqir”, - o deyib.

0
20