Hələbdə Rusiyanın baş konsulluğu minaatanlardan atəşə tutuldu

Hələbdə Rusiyanın baş konsulluğu minaatanlardan atəşə tutuldu

Atəş “Cəbhət ən-Nüsrə" yaraqlıları tərəfindən aparılıb.

Rusiyanın Hələbdəki baş konsulluğu minaatanlardan atəşə məruz qalıb, ölən və xəsarət alan yoxdur.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

“Aprelin 28-də Moskva vaxtı ilə saat 15.00-da Rusiyanın Hələbdəki baş konsulluğu minaatanlardan atəşə məruz qalıb. Rusiyanın xarici müəssisəsinin ərazisinə bir mina düşüb, daha üç mina isə hasarın xaricində partlayıb. Ölən və xəsarət alan yoxdur”, - nazirliyin məlumatında deyilir. 

Rusiyanın Hələbdəki baş konsulluğu 2013-cü ilin yanvar ayından fəaliyyətini dayandırıb, əməkdaşların bir hissəsi təxliyyə edilib, bir hissəsi isə Dəməşqə köçürülüb. 

XİN-də atəşin “Cəbhət ən-Nüsrə” və onunla müttəfiq qrupların yaraqlıları tərəfindən aparıldığı qeyd edilib. 

0
8