Millimiz Andorra yığması ilə qarşılaşacaq

Millimiz Andorra yığması ilə qarşılaşacaq

Görüş Avstriyada keçiriləcək.

Mayın 23-dən iyunun 4-dək Avstriyada təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.

Oxu.Az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, millimiz mayın 26-da Andorra yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, komandamız hazırlıq prosesi çərçivəsində mayın 29-da Makedoniya, iyunun 3-də isə Kanada yığması ilə yoldaşlıq oyunu keçirəcək.

0
15