Şirvanda intihar: Borca görə özünü asdı

Şirvanda intihar: Borca görə özünü asdı

Cinayət işi başlayıb.

Şirvan şəhərində intihar hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gecə şəhərin bağ evləri massivində qeydə alınıb.

Şirvan şəhər sakini, 1991-ci il təvəllüdlü Əhmədov Anar Rəfa oğlu özünü paltar ipi asılan dəmir dirəkdən asaraq intihar edib. Yaxınlarının bildirdiyinə görə Anarın borcu olub.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.

0
13