Ermənilər Tərtərdə dinc sakini yaraladılar

Ermənilər Tərtərdə dinc sakini yaraladılar

Düyərli kəndinə mərmi düşüb.

Erməni silahlı qüvvələrinin atdığı mərmilərdən biri Tərtər rayonun Düyərli kəndində həyətyanı sahəyə düşüb.  

Oxu.Az xəbər verir ki, APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb. Kənd sakini, 1983-cü il təvəllüdlü Əliyeva Mehparə Nəbi qızı çoxsaylı qəlpə yaraları alıb.

Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.

E.Ə.
www.oxu.az

0
25