“Azərsu” rayonlarda içməli su problemini həll edir – FOTO

“Azərsu” rayonlarda içməli su problemini həll edir – FOTO

Köhnə qurğuların fəaliyyəti dayandırılacaq.

“Azərsu” ASC “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.

Bu barədə “Azərsu” dan Oxu.Az-a bildirilib. 

Təsdiqlənmiş plana uyğun olaraq, Şirvan-Muğan qrup su kəmərindən Salyan şəhərinə yeni magistral xəttin tikintis, həmçinin Salyan şəhərinin bəzi küçələrində yeni paylayıcı şəbəkənin yaradılmasını nəzərdə tutulur. 

Layihə çərçivəsində 1,4 km uzunluğunda magistral, 2 km uzunluğunda paylayıcı xətlərin inşasına başlanılıb.

Təsdiqlənmiş tədbirlər planına uyğun olaraq layihə üzrə işlərin iyun ayında tam başa çatdırılması nəzərdə tutulub. 

Şəhərə yeni mənbədən suyun verilməsi təmin edildikdən sonra 1972-ci ildən istismarda olan sutəmizləyici qurğunun, həmçinin 3 ədəd nasos stansiyasının fəaliyyəti dayandırılacaqdır. 

Ümumilikdə, Şirvan-Muğan qrup su kəməri Hacıqabul, Şirvan, Biləsuvar, Salyan və Neftçala şəhərlərinin, həmçinin kəmərin marşrutu boyu yerləşən 121 kəndin 470 min sakininin içməli su təchizatının yaxşılaşmasına hesablanıb. 

0
20