Qrant Baqramyan: Ermənistanın atom silahı var

Qrant Baqramyan: Ermənistanın atom silahı var

O, bunu Azərbaycan və Türkiyəyə qarşı yeganə üsul hesab edir.

Ermənistanın atom silahı var.

Oxu.Az Armtoday-a istinadən xəbər verir ki, belə bir bəyanatla bu gün Ermənistanın keçmiş baş naziri, ölkə parlamentinin deputatı Qrant Baqramyan bildirib.

Bəyanatdan heyrətə gəlmiş jurnalistlərin deyilən sözləri  izah etmək barədə xahişinə Baqratyan rədd cavabı verərək, heç nəyi aydınlaşdırmaq niyyətində olmadığını bildirib.

“Bizim atom silahı yaratmaq üçün imkanımız var”, - deyə, o, bildirib və əlavə edib:

“Bizim atom silahımız var”. 

Qeyd edək ki, bir müddət əvvəl erməni parlamentinə çıxış edən Baqratyan atom silahı yaratmağa çağıraraq, bunu Azərbaycan və Türkiyənin qarşısını almaq, Ermənistanı Azərbaycan və Türkiyənin gələcək hücumlarından qorumaq üçün yeganə vasitə adlandırmışdı.

0
15