Lavrov: Qarabağ münaqişəsinin hərbi həlli yoxdur

Lavrov: Qarabağ münaqişəsinin hərbi həlli yoxdur

“ATƏT-in Minsk Qrupunun formatını dəyişmək məqsədəuyğun deyil”.

Qarabağ münaqişəsinin hərbi həlli ola bilməz. 

Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın XİN rəhbəri Sergey Lavrov bildirib. 

Lavrov, həmçinin qeyd edib ki, Qarabağ üzrə ATƏT-in Minsk Qrupunun formatını dəyişmək məqsədəuyğun deyil, həmsədrlərin üçlüyü – tənzimləmə üçün mühüm mexanizmdir. 

Rusiyalı nazirin sözlərinə görə, o və Şoyqu (Rusiyanın müdafiə naziri – red.) Bakı və İrəvandakı həmkarları ilə əlaqə qurublar, vəziyyətdən narahat olduqlarını və atəşkəsi bərpa etməyə çağırdıqlarını bildiriblər. 

“Moskva ümid edir ki, Dağlıq Qarabağda atəşkəsin bərpa edilməsi çağırışına Bakı və İrəvan cavab verəcək”, - o qeyd edib. 

www.oxu.az

0
17